Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Bakı-Tbilisi aviareysi ilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının üst geyimi rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Nəticədə vətəndaş gömrük nəzarətindən keçən zaman şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan etmədiyi 178 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 17 min 800 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim etməli olub.
Faktla bağlı araşdırma aparılır.
Fərid
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












