Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin əl çantası rentgen aparatından keçirilərkən çantada pul əsginaslarının olması barədə şübhə yaranıb. Vətəndaş saxlanılaraq, həm əl çantasında, həm də üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Təkrar yoxlama zamanı əl çantasındakı ayaqqabının içində falqaya bükülmüş 100 ədəd - hər biri 100 dollar nominalında pul əsginasları olmaqla, cəmi 10 min dollar aşkar edilib. Çantada olan kofe paketinin içində isə kofe dənəciklərinin arasında falqaya bükülmüş 400 ədəd - hər biri 100 dollar nominalında pul əsginasları olmaqla, cəmi 40 min dollar aşkar olunub. Şəxsi yoxlama zamanı isə vətəndaşın şalvarının cibində 13 ədəd - hər biri 100 dollar, 2 ədəd - hər biri 50 dollar, 2 ədəd - hər biri 20 dollar nominalında pul əsginasları olmaqla, cəmi 1 440 dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Fidan
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












