Külli miqdarda xarici valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Gömrük nəzarətindən gizlədilən cəmi 55 min 300 ABŞ dolları aşkar edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul və Bakı-Moskva aviareysləri ilə getmək istəyən Türkiyə və Rusiya Federasiyasının vətəndaşları gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduqları xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyiblər. Lakin hər iki vətəndaşın yükü rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər göründüyü üçün onlar gömrük əməkdaşları tərəfindən saxlanılıblar.
Türkiyə vətəndaşı sorğu-sual edilən zaman əl yükündə xarici valyutanın olmadığını bildirsə də, yoxlama zamanı ona məxsus bel çantasında sellofan paketə yığılmış geyim əşyalarının arasında olan üç ədəd corabın içərisindən 234 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 23.400 ABŞ dolları aşkar edilib. Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın şalvarının cibindən 16 ədəd, paltosunun cibindən isə 33 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 4900 ABŞ dolları aşkar olunub.
Rusiya Federasiyasının vətəndaşına məxsus çamadanın yoxlanılması zamanı, orada olan gödəkçənin cibindən 260 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26.000 ABŞ dolları aşkar edilib. Bundan sonra isə vətəndaş özü şalvarının cibindən 10 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginasları çıxararaq təqdim etməli olub.
Bu şəxslərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 55 min 300 ABŞ dolları aşkar edilərək protokol əsasında götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"
Qarabağda və Şərqi Zəngəzurda layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir - Prezident İlham Əliyev
Paytaxtın 14 küçəsində sıxlıq var - SİYAHI
Avtomobillər üçün böyük maneə - Bu məhsul tükənir
Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO
İstehlak kreditləri bahalaşır; artan faizlər vətəndaşın cibinə necə təsir edir? – İQTİSADÇI EKSPERT
Ermənistandakı sammit region üçün niyə vacibdir? - POLİTOLOQ
Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ








