“Kupça” ala bilməyən şəxslərin NƏZƏRİNƏ

Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara “kupça”, yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər.
Avtosfer.az-ın məlumatına görə, vəkil Amid Əsgərov "Metbuat.az"a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 8-ci maddəsində qeyd edilib:
“Çıxarış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Vətəndaşların daşınmaz əmlaka dair çıxarış ala bilməmələrinin səbəbləri əmlakın növündən, yerləşdiyi torpaq sahəsinin kateqoriyasından, torpaq sahəsinin mülkiyyət növündən asılı olaraq dəyişir”.

A.Əsgərov qeyd edib ki, əksər hallarda buna səbəb tələb olunan müvafiq sənədlərin olmamasıdır:
“Daha çox rast gəlinən problemlərə misal olaraq, fərdi yaşayış evləri ilə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması və ya torpaq sahəsinin kateqoriyasının fərdi yaşayış evinin tikintisi üçün uyğun olmamasını; hündürmərtəbəli yaşayış binaları ilə bağlı isə mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi) olmamasını qeyd etmək olar. Hər bir halda vətəndaşlara torpaq sahəsi, fərdi yaşayış evi və ya mənzil alarkən ilk növbədə həmin daşınmaz əmlaka dair müvafiq hüquqmüəyyənedici sənədlərin olub-olmamasını araşdırmaq və rəsmi qaydada alqı-satqı etmək tövsiyyə olunur”.
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Prezident Sülh Şurasının ilk iclasında iştirak edir - FOTOLAR
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu









