"Kürd Elnur" ləqəbli avtoritet həbs edildi- Toy karvanında havaya atəş açır, narkotik... - VİDEO

Bakıda kriminal avtoritet həbs edilib. Avtosfer.az-ın əldə etdiyi xəbərə görə, kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınan Abbasov Elnur Tofiq oğlu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Onun barəsində istintaq orqanın vəsatəti əsasında Nərimanov rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir. 2020-ci ildə “Kürd Elnur” sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib. Cinayətkarlığı təbliğ edən Elnur Abbasov paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini dərəyə aşırıb.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci ildə çıxardığı hökmə əsasən, Elnur Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə cəza təyin edilməyib. Çünki bu ittiham məhkəmə istintaqı dövründə sübuta yetirilməyib.
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...










