Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Gündəm 19 Avqust 2020 14:06
Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib. Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

FOTO QALEREYA
Oxunub : 1564
ŞƏRH YAZ
Ad

E-mail

Şərh