Banner

Kürdəmirdə dəmir yolunun yaratdığı tıxac - VİDEO

Gündəm 16 Aprel 2022 18:36 Oxunub 1394
Kürdəmirdə dəmir yolunun yaratdığı tıxac - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmir sakinləri rayonun mərkəzi bazarına rahat girib-çıxa bilmədiklərindən narazılıq edir. Əvvəllər bazara iki istiqamətdən yol olub. Lakin sonradan dəmiryol xətlərinin üzərindən keçən alternativ avtomobil yolu ləğv edildiyindən giriş-çıxış bir istiqamət üzrə qalıb. Bu da saatlarla tıxacların yaranmasına səbəb olur. 

Mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Kürdəmir stansiyasından sürəti saatda 140 km olan Bakı-Gəncə qatarı keçir. Bu tip qatarların hərəkət etdiyi marşrut üzrə müxtəlif növ keçidlərin sayının çoxluğu dəmir yolunun təhlükəsizlik qaydalarına ziddir. Qurumdan bildirilib ki, gələcəkdə həmin ərazidə yeraltı tunelin tikintisi nəzərə alına bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh