Kürdəmirin düzəlməyən ictimai nəqliyyat problemi - VİDEO

Kürdəmirin bir neçə ucqar kəndinin sakinləri illərdir ictimai nəqliyyatın olmamağından əziyyət çəkirlər. Marşrutların fəaliyyətinin zəif olması, yaxud heç olmaması bölgə camaatı üçün bir sıra problemlər yaradır.
Rayonun Carlı, Xəlsə, Beyi, Qocalı, Pirəköcə, Quşlar, Axtaçı, Dayıkazımlı, Mehdili, Qoçulu, Öyləqulu və Qarabucaq kimi ucqar kəndlərinə 30 ildən artıqdır ki, ictimai nəqliyyat işləmir və minlərlə insan hər gün rayon mərkəzinə gəlmək üçün taksi xidmətindən istifadə etməli olur ki, bu da maddi sıxıntıya səbəb olur.
Qeyd edək ki, analoji problem rayonun Muradxan, Çərtəyəz, Şilyan, Qarabucaq, Şahbəyli və İsmayıllı kəndlərində də hökm sürür.
Sakinlərin narazılığı ilə bağlı Kürdəmir RİH-dən bildirilib ki, ictimai nəqliyyat probleminin həll olunması onların səlahiyyəti çərçivəsində deyil. Buna baxmayaraq, sakinlərin müraciəti əsasında həmin məsələ nəzarətə götürülüb və baxılması üçün aidiyyəti üzrə göndərilib.
Məsələyə cavabdeh olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, qeyd edilən kəndlərdə sərnişin sıxlığı azdır. Bu səbəbdən də sözügedən istiqamətlərdə hazırda iki daşıyıcı xidməti göstərir.
Daha ətraflı Baku TV-nin süjetində:
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO










