Kürdəxanı sakinləri kanalizasiyadan şikayət etdi: Qurumlar araşdırmaya başladı - VİDEO

Sabunçu rayonunun sakinləri yaşadıqları ərazinin baxımsız qalmasından narazıdırlar.
Avtosfer.az xəbər verir ki, Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin sakinləri qəsəbə ərazisində elektrik enerjisinin verilməsindəki problemlərlə yanaşı, kanalizasiya sisteminin olmaması ilə bağlı saytımıza şikayət ediblər.
Belə ki, Əjdər Məlikov küçəsindən kərpiç-zavod adlanan əraziyə qədərki hissədə yaşayan vətəndaşlar deyir ki, 15 ilə yaxındır ki, ərazidə yaşayırlar. Onlar bura köçərkən dövlət qurumları kanalizasiya xəttinin çəkiləcəyinə söz vermişdilər, lakin sonradan ümumiyyətlə bu ərazi unuduldu. Kanalizasiya xətlərinin olmaması burada yaşayan bəzi sakinlərdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olub.

Ərazidə çəkiliş edən əməkdaşımız sakinlərdən müsahibə də alıb.Vətəndaşlar deyir ki, həm yolsuzluq, həm də küçə boyu elektrik enerjisinin olmaması səbəbilə əraziyə təcili tibbi yardım avtomobili, hətta taksi belə yaxınlaşmır. Dəfələrlə maşınlar həmin yolda palçığa batıb və sakinlərin köməyi ilə çıxarılıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ərazidə qurumun mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil.
“ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.
Baki Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan şikayətlər üzrə araşdırmalara başlanılıb. İctimaiyyətə araşdırmaların nəticələri və görüləcək işlər barədə məlumat veriləcək.
Ərazinin işıqlandırılması, zibil qutularının yerləşdirilməməsi mövzusunda Sabunçu Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu. Bütün hallarda qurumun mövqeyini əks etdirməyə hazırıq.
Əməkdaşımızın ərazidə etdiyi çəkiliş videosunu sizə təqdim edirik:
Səfər
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı










