Kürdəxanıda su altında qalan küçə - VİDEO

Kürdəxanı qəsəbəsində yerləşən küçə bir ilə yaxındır, su altında qalıb. Vəziyyət o həddə çatıb ki, yosun tutmuş gölməçə qurbağa gölünə çevrilib.
Mənzərənin yaranmasına səbəb isə ərazidə kanalizasiya xəttinin olmamasıdır. Yoldan mütəmadi istifadə edən sakinlər deyir ki, 1 ilə yaxındır, evdən çıxıb bir başa suya düşürlər. Hətta, bəzi evlərdə elə vəziyyət yaranıb ki, evdən çıxmadan da suya düşmək olur. Yolda aylardır yığılıb qalan su ərazidə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
"Sakinlərin aidiyyatı qurumlara şikayəti isə nəticəsiz qalıb"
Azərsu ASC-dən bildirildi ki, sakinlər problenlə əlaqədar quruma müraciət ediblər.
Məmmədli Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi Ceyhun Ələsgərov bildirdi ki, əvəllər şəxsi vəsait hesabına ərazidə su maşınları 24 gün ərzində su çəkilib.
Sonradan vəsait çatmadığı üçün isə iş prosesi dayandırlıb. Vəziyyətlə bağlı aidiyyatı üzrə müraciət edilib.
Ətraflı videomaterialda.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










