Kürmük çayında suyun səviyyəsi artıb - FOTO

Son günlər aramsız yağan yağışlar Qax rayonundan keçən Kürmük çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə Qax şəhərinin Qaxbaş və İbaxlı kəndlərində təhlükəli vəziyyət yaranıb. Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun “Report”a verdiyi məlumatına görə, hazırda təhlükənin aradan qaldırılması üçün çayın sahilinə ağır texnikalar cəlb olunub. O bildirib ki, texnikalar vasitəsilə daş və çınqıl çayın içərisindən çıxarılaraq sahilə tökülür. "Səhər saatlarından etibarən əməkdaşlarımız fasiləsiz olaraq çalışırlar ki, dəliqanlılığı ilə bilinən Kürmük çayı yaşayış məntəqələrinə ziyan vurmasın. Hazırda çayda saniyədə 60-70 kubmetr su var, bu da əvvəlki illərlə müqayisədə həddindən artıq çoxdur. Yaz aylarında gördüyümüz sahilbərkitmə işləri indi köməyimizə gəlib. Bəndlər vasitəsilə kəndlərimiz daşqınlardan qorunur", - deyə o söyləyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
















