Kütləvi dava: iki qardaş bıçaqlanıb - Bakıda

Bakıda kütləvi dava zamanı iki qardaş bıçaqlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakinləri Mülkədar Nəzərov və onun qardaşı İsgəndər Nəzərov əvvəlcə döyülüb. Daha sonra hər iki qardaşın bədənlərinin müxtəlif nahiyələrinə daş və bıçaqla xəsarət yetiriblər.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qardaşların qohumlarının dediyinə görə, hadisə Mülkədar Nəzərovun yaşadığı evin qarşısında baş verib. İki qardaşı da M.Nəzərovun qaynı və dostları döyərək bıçaqlayıb. Onlar bildirib ki, yeznə və qayın arasında əvvəllər də mübahisə olub.
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, M. Nəzərovun qaynı Oruc Salmanov və daha iki nəfər saxlanılıb.
Faktla əlaqədar araşdırma davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












