Banner

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən ƏMƏLİYYAT

Gündəm 24 Oktyabr 2026 20:00
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən ƏMƏLİYYAT
WhatsApp kanalımıza abunə olun

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.

Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən şəxslərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov olduğu müəyyənləşib.

KriminalDeputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı - Foto/Video

Hadisə yerindən qaçaraq gizlənən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

 
Qeyd edək ki, hadisə zamanı öldürülən Ceyhun ətrafında "Ceyhun Sabunçu" adı ilə tanınıb.

Məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib.

Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Onlardan Elmar Cəfərov və Emin Rəhimov qəsdən adam öldürməkdə şübhəli bilinirlər.
 

Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh