Laçın aeroportundan yeni görüntülər – VİDEO
Gündəm
27 Aprel 2024 08:54
Oxunub 348
Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir.
Aeroport ərazisindəki yolların asfaltlanma işlərinə başlanılıb.
Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metr olacaq.
Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.
Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.
Mənbə: Oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR