Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi - VİDEO
Gündəm
12 İyul 2021 13:47
Oxunub 2894

Sosial şəbəkələrdə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialar yer alıb. Bildirilib ki, Vüqar və Aqil adlı şəxs cüyür ətindən kabab hazrlayıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Xidmətin rəisi Hikmət Əlizadə oxu.az-a bildirib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Qeyd edək ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













