“Lada-Priora” dönərxanaya girdi; ölən var

Ötən gecə saat 1 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində, Salyan Mərkəzi Rayon Xəstəxanasının qarşısında ağır yol nəqliyyat hadisəsi baş verib. Virtualaz.org-ın məlumatına görə, Salyan şəhər sakini , 1993-cü ildə anadan olmuş Sadıqlı Elvin Namiq oğluna məxsus 90 RA 093 dövlət nömrə nişanlı “Lada-Priora” markalı avtomaşın yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı dönərxana kimi istifadə olunan tikiliyə çırpılıb. Hadisə nəticəsində avtomobilin sükanı arxasında olan və dostunun maşınını idarə edən 1990-cı il təvəllüdlü Salyan rayonu, Kürqaraqaşlı kənd sakini, AccessBank-ın Salyan filialının əməkdaşı Qasımov Elvin Xalıq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun sükan arxasında sıxılıb qalmış cəsədi FHN əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Avtomobilin sahibi Elvin Sadıqlı isə qapalı kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













