Latviya dəmir yolu xəttinin hazır vəziyyətə gətirilməsini gözləyir

Bu il Hindistandan gələn yük qatarı Azərbaycandan keçməklə Latviyaya çatacaq. Hazırda tərəflər İranla Azərbaycan arasında tikilən 8 km-lik dəmiryolu xəttinin tam hazır vəziyyətə gətirilməsini gözləyirlər. Avtosfer.az "Report"a istinadən verdiyi xəbərə görə, bunu Latviyanın rabitə naziri Uldis Auqulis bildirib. "Bu xətt tam hazır olduqdan sonra, Hindistanın Mumbay şəhərindən çıxan yük qatar İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə Latviyaya çatacaq", - deyə U. Auqulis əlavə edib. Qeyd edək ki, hazırda Çindən Latviyaya yük qatarları hərəkət edirlər. İkinci belə qatarın martın 18-də yola düşməsi planlaşdırılıb. Yük qatarının bu dəfə 12 günə deyil, 10 gün həmin məsafəni qət etməsi nəzərdə tutulub. Onun sözlərinə görə, yük qatarı ilə çatdırılan elektron məhsullar Latviya limanına çatdıqdan sonra Hamburqa yola salınacaq. Daha sonra Çində Latviyaya üçüncü yük qatarı yola düşəcək. Lakin onun səfər vaxtı hələlik məlum deyil.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












