Lavrov Əliyev-Sarkisyan görüşündən danışdı - "Razılaşdırmaq imkanı var”

Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib. “Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər. Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq. Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin. Güzəşt hər zaman mümkündür. Əgər belə bir imkan olmasaydı, Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı. Məqsədimiz münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləyərək işi sona çatdırmaqdır. Çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım olacaq. Hər halda nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var”, deyə S.Lavrov bildirib.
***
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan münaqişə zonasında vəziyyətin gərginləşməsindən sonra Vyanada keçirilən ilk görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun görüşün yekunlarına dair yaydığı müvafiq bəyanatında bildirilir. "Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər… Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər", — deyə bəyanatda qeyd olunur.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













