“Leica” fotoaparatı hərracda dünya rekordu qırıb

Martın 10-da Vyanada keçirilən hərracda satışa çıxarılan “Leica” markalı fotoaparat dünyada indiyədək satılmış ən bahalı fotoaparat kimi tarixə düşüb. Azərtac xəbər verir ki, “Westlicht” qalereyasının təşkil etdiyi hərracda 1923-cü ilin istehsalı olan fotoaparat 2,4 milyon avroya satılıb. “Leica” şirkətinin sıfırıncı seriyasında 122-ci saylı həmin nadir aparatı Asiya ölkələrinin birindən adı gizli saxlanan bir kolleksioner alıb. Hərracda ilkin çağırış qiyməti 400 min avro olan fotoaparatın orijinal şəkildə qalması, texniki cəhətdən qüsursuz işləməsi və hələ də foto çəkməyin mümkünlüyü yekun rekord qiymət üçün həlledici amillər olub. Qalareyanın yaydığı məlumata görə, dünyada bu fotoaparatın sıfırıncı seriyasının orijinal vəziyyətdə qalan cəmi üç nüsxəsi mövcuddur. Qeyri-rəsmi olaraq “Leica 0” adlanan bu seriyadan olan başqa bir aparat (116 saylı nüsxə) isə 2012-ci ildə həmin hərracda 2,16 milyon avroya satılmışdı.
Qeyd edək ki, “Leica” fotoaparatlarını istehsal edən Layts firması 1923-cü ildə kiçik formatlı yığcam fotoaparatların dünya bazarında necə qarşılanacağını yoxlamaq üçün sınaq məqsədilə 25 nüsxə “Leica 0” aparatı istehsal edib. Müvafiq bazar araşdırması və patent qeydiyyatından sonra 1925-ci ildə yığcam həcmli fotoaparatların kütləvi istehsalına start verildi. Bununla da fotoqrafiya tarixində yeni eranın əsası qoyulub, getdikcə qutu formalı aparatları yığcam fotoaparatlar əvəz etməyə başlayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












