Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb - VİDEO

"Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə start verilib və tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb". Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyi şöbəsindən bildirilib. Məlumata görə, dəmir yolu xətti ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49km-dir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir.
Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23.24 km dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri tamamlanıb.
Layihə üzrə 122 ədəd (7 ədəd körpü, 1 ədəd yolötürücü, 6 ədəd avtomobil alt keçidi, 2 ədədi heyvan keçidi və 106 ədəd suötürücü boru) suni mühəndisi qurğusu var və bunlardan 6 ədəd avtomobil alt keçidinin, 2 ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanıb. Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi işləri davam etdirilir.
Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi tamamlanıb, Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri davam etməkdədir. Həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri davam etdirilir.
Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədi ilə layihədə 13 300 paqon metr beton qanov nəzərdə tutulub və 2 200 paqon metr hissəsinin tikintisi yekunlaşdırılıb.
Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə layihə üzrə uzunluqları 150 paqon metr və 127 paqon metr olan iki istinad divarı nəzərdə tutulub və 127 paqon metr olan istinad divarının tikintisi başa çatdırılıb.
10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir.
Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı xəbər boyunca 84 600 paqon metr metal hasarın çəkilməsi nəzərdə tutulub.
Fidan
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










