“Lənkəran” gəmisi Xəzərdə ekoloji şəraitin qiymətləndirilməsində iştirak edib - FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Lənkəran” yedək-təchizat gəmisi Xəzər dənizinin "Abşeron" yatağının ətrafında dəniz dibinin ekoloji şəraitinin qiymətləndirilməsi layihəsində iştirak edib.
Avtosfer.az bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, bu ilin noyabrın 23-dən dekabrın 22-dək mütəmadi olaraq Dinamik Mövqe Saxlama (DP - Dinamic Position) rejimində fəaliyyət göstərən gəmi əvvəlcədən müəyyən edilmiş 85 koordinatda 20-60 metr dərinlikdən dəniz dibinin çökmə süxurları və su nümunələrini toplayıb.
Məlumatda deyilir ki, gəminin göyərtəsində quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə əldə edilən nümunələr tədqiq olunması üçün müvafiq laboratoriyalara göndərilib.
“Greenwich Consulting Azerbaijan”nın sifarişi ilə aparılan tədqiqatların nəticələri gələcəkdə Xəzər dənizində sualtı neft-qaz infrastrukturunun inşasından əvvəl ekoloji şəraitin qiymətləndirilməsinə imkan yaradacaq.
Məlumat üçün bildirək ki, DP gəmi mövqeyi və istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.

İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ

















