Lənkəran həftəsonu qadağasından sonra - VİDEO
Gündəm
8 İyun 2020 16:32
Oxunub 1306

Şənbə və bazar günləri evdən çıxma ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın qadağa qərarı Lənkəranda da aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu gündən nəqliyyatın hərəkəti, marketlər, ticarət mərkəzləri, apteklərin fəaliyyəti bərpa edilib.
Lənkəran sakinləri artıq normal həyat tərzinə geri dönüblər.
Xüsusi karantin rejimi yumşaldılsa da, vətəndaşların tibbi maskadan istifadə etməsi və sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunur. Həftəsonu sərt karantin rejiminin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunublar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













