Lənkəran-Lerik şosesində yenə sürüşmə olub - FOTO

Yanvar ayında bölgəyə yağan intensiv yağıntı Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşmələrinə səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə, ən gərgin vəziyyət yolun 27-ci kilometrliyində qeydə alınıb. Belə ki, torpaq sürüşməsi əhatə dairəsini genişləndirməklə şose yolun asfalt qatını bürüyüb. 25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin baş mühəndisi Ziyafət İsmayılov APA-ya bildirib ki, Lənkəran-Lerik şosesində sürüşmə sahəsində daha çox aktivlik yolun 17-29 və 46-53-cü kilometrliklərində müşahidə olunmaqdadır: ”Biz sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır. Yolda genişlənmə və bərkitmə işləri görülməlidir, istinad divarları tikilməlidir”.
Hazırda bölgədə sabit hava şəraiti hökm sürdüyündən Lənkəran-Lerik şosesində nəqliyyatın hərəkətində hər hansı çətinlik müşahidə olunmur.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF















