Lənkəran-Lerik yolu açıldı

Son 7 ildə sürüşmələrin aktiv olduğu Lənkəran-Lerik yolunda bu dəfə nəqliyyatın hərəkətinə, kökündən qopub yola düşən qollu-budaqlı nəhəng ağaclar maneə törədib. Hadisə yolun 28-ci km-də, sürüşmənin aktiv olduğu ərazidə yaşanıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, Lerik üçün həyat əhəmiyyətli yolda nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədi ilə gecə saatlarında yola ağır texnika və işçi heyəti cəlb edilib, iri ağaclar hissələrə bölünərək yoldan yığışdırılıb. Eyni zamanda daş-qaya parçaları, iri torpaq qatı yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Bu səbəbdən yol bir neçə saat nəqliyyat vasitələrinin üzünə bağlı qalıb. Hazırda sözügedən yol açıq olsa da, buz bağlaması səbəbindən sürücülər üçün təhlükəli olaraq qalır. Lerik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev İstiPress-ə verdiyi açıqlamada bildirib ki, 40-cı km-dən başlayaraq 56-cı km-ə qədər yol tam buz bağlayıb. Şaxtalı hava şəraitində yolun buz qatını qum və duzla əritmək fiziki cəhətdən mümkün deyil. Ona görə də qış hazırlığı olmayan avtomobillərin həmin yoldan keçmələri olduqca təhlükəlidir. Xatırladaq ki, hazırda yağan qarın qalınlığı mərkəzdə 30 sm-ə, havanın tempraturu -8 dərəcəyə çatır. Gecə saatlarında ucqar dağlıq ərazidə tempratur -10-12 dərəcə arasında olub. Lerikdə və bölgədə yağıntılı hava şəraiti davam edir, rayonlara qar yağır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












