Lənkəran və Naxçıvandan "Vnukovo"ya hava reysi açılacaq

Bu ilin iki ayı ərzində ötən illə müqayisədə Heydər Əliyev Beynəlxalq Hava Limanından sərnişin daşımalarının həcmi 34%, bu baxımdan AZAL şirkətinin göstəricisi isə 28% artıb. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Moskvanın "Vnukovo" hava limanında Moskva-Gəncə və Moskva-Qəbələ reyslərinin açılışına həsr olunan mətbuat konfransında deyib. E.Hacıyev bildirib ki, Azərbaycana turizm baxımından maraq böyükdür. Ölkəyə gələnlərin sayı artır. Bu baxımdan müxtəlif istiqamətlərdə nəzərdə tutulan yeni uçuşlar bu rəqəmi daha da artıracaq. Vitse-prezident bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ümumilikdə illik 9 milyon nəfər sərnişin daşıma gücünə malikdir. Lakin hazırda il ərzində aeroportda təxminən 3 milyondan çox sərnişinə xidmət göstərilir. E.Hacıyev həmçinin qeyd edib ki, AZALJET yaxın gələcəkdə "Vnukovo" hava limanından Lənkəran-Moskva və Naxçıvan-Moskva reysləri üzrə sərnişin daşımaları həyata keçirəcək. Bunun 2018-ci il ərzində baş tutması nəzərdə tutulur.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












