Lənkəranda avtomobil yolunda sürüşmə oldu

Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar Lənkəran rayonunda sürüşməyə səbəb olub. Avtosfer.az report-a istinadən bildirir ki, rayon mərkəzindən 25-30 km aralıda yerləşən kəndlərinə aparan yolda sürüşmə baş verib. Belə ki, dağlıq relyefdə yerləşən bu yol el arasında Biləsər yolu kimi tanınır. Təxminən 3 min əhalinin məskunlaşdığı bu ərazidə Daştatük, Biləsər, Alazəpin Seliqəvola və Bəlet kəndləri yerləşir.
Sakinlərin bildirdiyinə görə, yol 5 istiqamətdə çöküb. Hərəkət məsafəsi 3 metr olan yolun eni bəzi yerlərdə 1, bəzi yerlərdə isə 2 metrə qədər azalıb. Nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaranıb. Eni daha az olan yerlərdə sürücülər təhlükəli manevr etməklə yolu keçirlər. Bu halın bir həftədir davam etdiyini söyləyən sakinlər yolla bağlı problemləri olduğundan yerli idarəetmə qurumlarının da xəbərdar olduqlarını söyləyirlər. Lakin hələlik problem qalmaqdadır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












