Lənkəranda dəhşətli qəza - 7 nəfər yaralandı - FOTO-VİDEO

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb. Belə ki, "42-ZA-220" dövlət seriya nişanlı, "VAZ-2106" markalı avtomobil "99-DK-328" dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2106"da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir. Hadisə zamanı həmçinin "Opel" markalı avtomobilin sürücüsü də yaralanıb. Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.
***
Lənkəranda ağır yol qəzası nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Liman şəhər sakini Əsgərov Mürsəl Nail oğlu, avtomobildə olan sərnişinlər - onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Liman şəhər sakini Əsgərova Günel Musa qızı, onların yaş yarımlıq qızları Əsgərzadə Zəhra Mürsəl qızı, sürücünün qaynı uşaqları - 9 yaşlı Boladi kənd sakinləri - Qasımov Əlişan Sənan oğlu və 6-7 yaşlı Qasımova Aylin Məmməd qızı, həmçinin sürücünün baldızı, hamilə vəziyyətində olan 1979-cu il təvəllüdlü Boladi kənd sakini Haşimova Günay Hidayət qızı xəsarət alıb.
Qəza zamanı yaralananlardan digəri isə "Opel" markalı maşının sürücüsü Astara sakini Hüseynov Xudaverdi Səxavət oğludur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















