Lənkəranda iki gün əvvəl qəzaya düşən polisdən biri öldü

Lənkəranda iki gün əvvəl baş verən qəzada xəsarət alanlardan biri dünyasını dəyişib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, dünyasını dəyişən 1988-ci il təvəllüdlü Niftiyev Fərrux Minəxan oğludur. Qəzada ağır xəsarət alan Məmmədov Elşad Mehdi oğlu isə Bakıdakı klinikaların birinə gətirilib.
Xatırladaq ki, hadisə avqustun 2-də Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günəhir yolunda baş verib. Belə ki, "Mercedes" markalı minik avtomobili körpüyə çırpıldıqdan sonra dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 4-ü ağır, 1-i yüngül xəsarət alıb. Vəziyyəti ağır olan iki nəfər cərrahi əməliyyatı olunub, digərləri isə travmatalogiya şöbəsinə yerləşdiriliblər. Bir nəfərə isə ambulator yardım göstərilib. Xəsarət alanlardan Məmmədli Vüsal Rüstəm oğlu (1984), Rzayev Əlizamin Fəraqət oğlu (1986), Məmmədov Elşad Mehdi oğlunun (1983) müalicəsi davam etdirilib. Qəzada xəsarət alan bütün yaralılar Masallı rayon Mühafizə Polisinin əməkdaşları olub. Onlar istirahətdən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












