Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edildi - VİDEO

Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyindən ayrılan və Əşlə kəndinə gedən yolun 1-ci kilometrində, Lənkərançay üzərində yerləşir. Uzunluğu 42 metr, eni 4.5 metr və 3 aşırımlı olan dəmir-beton konstruksiyalı körpü 2 ay inşa edilib. Avtomobil körpüsü A-8, NQ-60 hesabi yükünə hesablanıb. Tikinti işləri çərçivəsində körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu işlər bünövrənin sel daşqınları zamanı sıradan çıxmasının qarşısını almağa hesablanıb. Betonlama işləri yekunlaşandan sonra körpünün üstü asfaltlanıb.
Xatırladaq ki, sözügedən körpü ötən il oktyabrın əvvəllərində intensiv yağıntılardan sonra dağılmışdı. Nəticədə rayon mərkəzi ilə 15 kilometrlik məsafəsi olan kəndin birbaşa əlaqəsi kəsilmişdi. Sakinlər alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirdi.
Yeni tikilmiş körpü 2 minə yaxın əhalisi olan 4 yaşayış məntəqəsini – Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















