Lənkəranda selin dağıtdığı körpü hələ də düzəlməyib - VİDEO

Lənkəranda təxminən ayyarım əvvəl körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb.
Son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə, Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə Rezvan, Aşağı Apo və Mollakeş kəndlərinin sakinləri üçün gediş-gəliş çətinləşib.
Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün çayı keçməyə məcbur olurlar.
Sakinlər deyirlər ki, ən acınacaqlı vəziyyət sentyabr ayında şagirdlərin məktəbə gedən vaxtı olacaq. Payız ayında çayda su çoxalacaq, məktəblilər dərsə gedə bilməyəcək.
Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov bildirib ki, adıçəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib. Bu il iyun ayının 26-da intensiv yağışdan sonra çaya sel gəlib və gecə saatlarında körpünü dağıdıb:
“Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırılıb və kəndə nümayəndələr gəlib. İlkin olaraq, ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradılıb. Bu körpünün olmamağı bizim üçün ən böyük problem olacaq. Sentyabr ayında uşaqların dərsə gedən vaxtı".
Qeyd edək ki, 350 təsərrüfatı, 1500-ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100-dən çox təsərrüfat, təqribən 500-ə yaxın sakin yolun digər tərəfində qalıb.
Ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










