Lənkəranda yanmış qadın meyiti aşkar edilib - FOTO

Lənkəranda 51 yaşlı qadının yanmış meyiti aşkar edilib. "Report" xəbər verir ki, hadisə Şəttərxan küçəsi, hərbi şəhərcik deyilən ünvanda, Davud Rəhimova məxsus yaşayış evində qeydə alınıb. Meyitin mərhum atasının evində tək yaşayan Lalə Rəhimovaya məxsus olduğu müəyyən edilib. Qonşuların bildirdiyinə görə, qadın ali təhsilli olub. Ailə həyatı qurmayıb. Bir neçə il əvvəl valideynlərini itirdikdən sonra evdə tək yaşayıb. Özünə qapanaraq getdikcə psixi problemləri yaranıb. Lakin, sakit həyat tərzi sürüb. Qonşular arada ona baş çəkiblər. Qeyd olunur ki, evdə iki gün işıq yansa da, qadın qonşuların çağırışlarına cavab verməyib və onlar da hasardan həyətə atlamaq məcburiyyətində qalıblar. Onlar meyiti evin həyətində yanmış vəziyyətdə aşkar ediblər və bu barədə polisin növbətçi hissəsinə məlumat veriblər.
Hadisə yerinin müayinəsi zamanı mərhumun ətrafında yanacaq mayesinin qalıqları olan iki butulka aşkar edilərək götürülüb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














