"Lənkəranskinin ölümünə çox pis oldum" - Lotu Quli

Türkiyənin İstanbul şəhərində güllələnərək öldürülən qanuni oğru Rövşən Lənkəranskinin ölümünü hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lotu Quli ləqəbli Nadir Səlifov da həyəcan və narahatlqıla qarşılayıb.
Lotu Quli oğru dünyasının avtoritetinin ölüm xəbərini cəza çəkdiyi 8 saylı müəssisənin işçilərindən eşidib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı cebhe.info-ya Nadir Səlifovun vəkili Təranə Əliyeva verib. Vəkil deyib ki, Rövşən Lənkəranskinin ölümünə heç kim sevinmir: “Biz ötən gün Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Allah ona rəhmət eləsin! Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb. Mənimlə söhbət zamanı da onun ölümünə pis olduğunu dedi və ona rəhmət dilədi”.
Vəkil əlavə edib ki, hər halda Lotu Quli Rövşən Lənkəranskinin dəfn mərasimini diqqətsiz buraxmayacaq: “Təbii ki, təcridxanada onun telefonu yoxdur. Amma hansısa vasitələrlə Nadir Səlifov Rövşən Lənkəranskinin məzarına əklil göndətdirəcək. Mən belə məsələlərə qarışmıram. Amma məncə onların müəyyən əlaqələri var idi”.
Qeyd edək ki, Loti Qulinin Rusiya kriminal aləminə Ded Xasandan sonra xaç atası olmağa iddialı Şakro Molodoyla ədavətinin olduğu bildirilir. Məlumatlara görə, Şakro Molodoy həbsdən çıxdıqdan sonra oğru sıralarında təmizlənməyə ehtiyac olduğunu deyib. Onun təşəbbüsü ilə Lotu Qulinin hazırda Türkiyədə yaşayan kiçik qardaşı Namik Səlifovun qanuni oğru statusunun alınması ilə bağlı “sxodka” keçirilsə də, sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb. Və Namik Səlifovun statusuna toxunulmayıb. Ancaq bəzi dairələrin Nadir Səlifov və Şakro Molodoy arasında münasibətlərin gərginləşməsinə çalışdıqları bildirilir. R.Lənkəranskinin qətlinin ehtimal olunan sifarişçiləri arasında Şakro Molodoy ilk sırada dayanır.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










