Lənkəranskinin sürücüsü: "Maşın sağ tərəfdən atəşə tutuldu, sonra..."

İstanbul polisi Beşiktaşda silahlı hücum nəticəsində öldürülən kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətli ilə bağlı 4 nəfər saxlayıb. Onlardan biri – Türkiyə vətəndaşı Tahir Canın polisə verdiyi ifadə barədə Yenicag.az-a xəbər daxil olub. İfadə ilə bağlı məlumata keçmədən öncə qeyd edək ki, Azərbaycan mediasında Rövşən Lənkəranskinin gülləbaran edildiyi zaman orada olan türk vətəndaşının avtoriteti tək qoyaraq qaçdığı bildirilmişdi. Xəbəri verən mənbənin sözlərinə görə, bu yalandır. Türkiyədə önəmli iş adamlarından olan T.Canın hazırda polis nəzarətində olmasına səbəb sona qədər digər üç avtoritetlə birlikdə R.Lənkəranskini sonuna qədər qorumağa çalışması olub. Hadisə yerində tapılan sənədsiz silahlar və atışmada iştiraka görə, üç azərbaycanlı ilə birlikdə saxlanılır. İfadəsində isə Tahir Can R.Canıyevin qardaşı Namiq ilə Bakıda qonşu və dost olduğunu, Rövşən ilə də qardaşı vasitəsi ilə tanış olduğunu bildirib. T.Can qeyd edib ki, Rövşən Lənkəranski həmin gün onun qonağı imiş və birlikdə yeməyə gediblər. O gün isə Dubaydan gələn qonaqları ilə (həbs olunan digər üç avtoritet) görüşən Rövşən Lənkəranski Tahir Canın idarə etdiyi avtomobildə (90 ND 011) ön sırada oturub, hərəkət edərkən, maşın sağ tərəfdən atəşə tutulub. Ağır yaralanan Rövşən Lənkəranskini sol (yəni sürücü) tərəfdən dartıb çıxaran və təcili yardımdan öncə taksiyə qoyaraq, xəstəxanaya da məhz göndərən Tahir Candır. T.Can isə sol tərəfdə olduğundan az xəsarət alıb. Digər yaralı isə R.Canıyevin mühafizəçisidir və Lənkəranskinin arxasındakı qoltuqda oturduğundan güllə ona dəyib və onun hazırda ağır yaralı olduğu bildirilir. Yəni, türk mediasının şahid ifadələrinə dayanan “sürücü öldürüldü” xəbəri sırf R.Lənkəranski sürücü tərəfdən avtomobildən düşürüldüyü üçün meydana çıxıb. Sürücü Tahir Can olub, avtomobil də Canıyevə deyil, onun oğlu F.Cana aiddir.
Qeyd edək ki, Tahir Can və digər üç avtoritet Lənkəranski hazırda İstanbul polisindədirlər və onlar qanunsuz silahdan istifadə etməkdə ittiham edilirlər. Onu da bildirək ki, Azərbaycan mediasında Tahir Can otellər sahibi və nəqliyyat daşımaçılığı ilə məşğul olan şəxs kimi təqdim edilib. T.Can uzun müddətdən bəri Azərbaycanda hər hansı biznes ilə məşğul olmur.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










