Lerikdə dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb

Lerik rayonunda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə dekabrın 23-də rayonun Çayrud inzibati ərazi vahidliyinə daxil olan Andurma kəndində qeydə alınıb. Belə ki, 28 yaşlı Andurma kənd sakini Niyaməddin Alibəy oğlu Nəcəfov "Chevrolet" markalı 10 XC 789 dövlət qeydiyyat nişanlı avtomobili ilə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yüksəklikdən dərəyə aşıb və sürücü ciddi bədən xəsarətləri alıb. N.Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin ciddi səylərinə baxmayaraq, yaralı bu gün xəstəxanada keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












