Lerikdə qar uçqunu olub, yollar bağlanıb

Lerik rayonunda qar uçqunu olub, yollar bağlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Zuvand yolunda baş verən uçqun nəticəsində qar kütləsi yola tökülüb və dağ kəndləri ilə nəqliyyat əlaqəsi demək olar ki, yoxdur. Rayonda ən az mərkəzə qar yağıb ki, burada qarın qalınlığı 50 santimetrdir. Qar örtüyünün qalınlığı Cəngəmiran və Blabənd kəndlərində 75 santimetr, digər kəndlərdə isə 1 metrdən yuxarıdır. Lerik rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, rayonda texnika kifayət qədər olmadığından yolları açmaq mümkünsüzdür: "Əsas qüvvə, 43 saylı Yol İstismar İdarəsinin iki qreyderi və bir qartəmizləyən maşını Lənkəran-Lerik yolunun açıq qalmasına yönəldilib. Texnikaların köməyi ilə kənd yolları qismən təmizlənib. Lakin, on gündür aramsız yağan qar təbii ki, problemsiz ötüşmür. Kiçik fasilələr nəzərə alınmasa elektrik enerjisinin verilişi ilə bağlı problem yoxdur". Qeyd edək ki, yolboyu qarın qalınlığı 80-85 santimetrdir. Hazırda mənfi 8 dərəcə şaxta müşahidə olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












