Lerikin qarlı yollarında təcili yardım briqadası çətinliklə üzləşdi - VİDEO

“Bu gün Lerik rayonunun Blaband kəndində yüksək arterial təzyiq səbəbilə çağırış daxil olub”.
Avtosfer.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoglu sosial şəbəkə hesabından video paylaşıb.
O, qeyd edib ki, qarlı və çətin hava şəraiti səbəbindən təcili yardım briqadası çağırış ünvanına çatmaqda çətinliklə üzləşib. Lakin bu, təcili tibbi yardım briqadasının xidməti fəaliyyətlərini sonadək yerinə yetirməsinə mane ola bilməyib:
“Çətin infrastruktur səbəbindən təcili yardım briqadası "UAZ" markalı təcili yardım avtomobilindən istifadə edib. Bununla belə müəyyən məsafadən sonra hərəkət çətinləşdiyi üçün tibbi briqada yolu piyada qət etmək məcburiyyətində qalıb. Sonda səhhətində problemlər yaranın kənd sakininə zəruri tibbi xidmət göstərilməsinə nail olunub”.
E.Hidayətoglu sonda bütün çətin şəraitlərdə xidmət göstərən təcili yardım xidmətinin hər bir əməkdaşına təşəkkür edib.
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür










