Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR

Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur.
İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb.
“Konsern İnterturan”ın vitse-prezidenti Leyla Əhmədova sözügedən şirkətin rəhbəri olan atası Saday Əhmədovla əlbir olaraq Xətai rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının qanuni əsas və məhkəmə qərarı olmadan sökülməsini təşkil edib. Söküntü nəticəsində binada yaşayan yeddi nəfər mülkiyyətçiyə 1 milyon manata yaxın ziyan dəyib.
Bundan başqa, L.Əhmədovanın torpaq sahəsinin satışını vəd etdiyi şəxsdən gələcək alqı-satqının avansı adı ilə 200 000 manat aldığı, əslində isə satmaq niyyətinin olmadığı və pulu şəxsi ehtiyaclarına xərclədiyi məlum olub.
Fotoda Leyla Əhmədova və atası Saday Əhmədov
.jpg)
Zərərçəkmişlərin şikayəti əsasında modelyer şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə), 186-cı (özgənin əmlakını qəsdən məhv etmə və zədələmə) və 309-cu (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, prokurorun təqdimatı əsasında L.Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin 3 avqust tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hakim Aygün Həsənovanın həbs qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Bir ay Bakı İstintaq Təcridxanasında qalan modelyer ötən gün Xətai Rayon Məhkəməsinin hakimi Elçin Nəsibovun qərarı ilə ev dustaqlığına buraxılıb.
Məhkəmə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq belə qərar çıxarıb.
Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ olan və şəxsin müəyyən məhdudiyyətlər çərçivəsində yaşayış yerini tərk etməsinə imkan verməyən qətimkan tədbiridir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir, zəruri prosessual hərəkətlər həyata keçirilir.
Qeyd edək ki, Leyla Əhmədova barəsində həbs və ev dustaqlığı qərarları ilə bağlı ilk məlumatı “Qafqazinfo” yayıb. Xəbər dərc edildikdən sonra modelyer barəsindəki ittihamları təkzib edən açıqlamalar verib. O, məhkəmənin həbs qərarını da inkar edərək, ümumiyyətlə barəsində cinayət işi olmadığını iddia edib: “Yayılan məlumatın heç bir əsası yoxdur. Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı”.
Leyla Əhmədovanın fərqli mövqeyi varsa, qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə müraciət edə bilər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











