Leysan bir sıra fəsadlar törədib - Lerikdə

Lerik rayonunda leysan yağıb, dolu düşüb. Avtosfer.az report-a istinadən bildirir ki, yağıntı rayonun bütün ərazisini əhatə etsə də, Zuvand istiqamətində olan kəndlərdə - Cəngəmiran, Blabənd, Büzeyir, Pirəsora, Orandda, eləcə də rayonun aşağı ərazisində - Çinqədulan, Züvüc, Ordahal, Livədirgə kəndlərində daha intensiv xarakterli olub.
İlkin məlumatlara görə, dərələrdə sellər yaranıb. Taxıl zəmiləri ağırlığa tab gətirməyərək, yatıb. Fərdi təsərrüfatlarda bostan bitkilərinə, kartof və digər əkinlərə də ziyan dəyib.
Zuvand ərazisində çaya keçid üçün qoyulmuş beton boruları sel aparıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyanın sədri Habil Məlikov rayon ərazisində leysan xarakterli yağıntının olduğunu təsdiqləsə də, hələlik vətəndaşlardan hər hansı məlumatın daxil olmadığını bildirib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












