“Lider” TV-nin keçmiş əməkdaşının öldürülərək doğranması ilə bağlı YENİ FAKTLAR

Bakıda “Lider” televiziyasının keçmiş əməkdaşı, 1991-ci il təvəllüdlü Həsənova Nahidə Sadəddin qızının həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, yanvarın 4-də saat 15 radələrində Xətai rayonu General Şıxlınski küçəsində yerləşən binadakı mənzildə N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Alıyev Orxan Mehdi oğlu narkotik vasitə aludəçisidir.
Heç bir yerdə işləməyən Orxan Alıyev valideyninin pensiya pulu ilə güzəranını təmin edirmiş. Hadisə vaxtı onun narkotik vasitənin təsiri altında olması istisna edilmir.
İlkin ifadəsində o, həm də xalası qızı olan həyat yoldaşını qısqanclıq və digər səbəblərdən qətlə yetirdiyini iddia edib. O.Alıyev Nahidə ilə daha əvvəl də münaqişə yaşadığını əlavə edib. Məlum olub ki, hadisə vaxtı ailənin yeganə azyaşlı övladı evdə olmayıb və nənəsinin yanında imiş. Nahidə ilə evdə mübahisə edən Orxan daha sonra onu xüsusi qəddarlıqla qətlə yetirib.
Qeyd edək ki, O.Alıyevin xanımını öldürüb onun bədən üzvlərini hamamda kəsdikdən sonra N.Həsənovanın cəsədinin videosu çəkilib. Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb. Videoda hamam otağında yerləşən vannada uzanıqlı halda qalmış üzərində başı və qolu olmayan cəsəd görüntülənib.
Hadisəni törədən Orxan Alıyev saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
publika
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










