Logistika və ticarət mərkəzləri yaradılacaq - Sərhədboyu ərazilərdə

Azərbaycanın sərhədboyu ərazilərində yeni logistika və ticarət mərkəzləri yaradılacaq. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.
Strateji yol xəritəsində bildirilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etməkdən ötrü avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək.
Rayonlararası əlaqənin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri əsas prioritet olacaq, yükdaşıma həcmi iqtisadi səmərəliliyi təmin edəcək səviyyəyə çatdıqdan sonra dəmir yolu əlaqələri də qurulacaq. Daha sonra qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün sərhədboyu ərazilərdə (məsələn, Qırmızı körpü, Astara, Xaçmaz və s.) yeni logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq.
2025-ci ildən sonrakı dövr üçün qarşıya qoyulmuş vəzifələrin bir hissəsi kimi, ölkədə logistika şəbəkəsinin digər regionlarda da genişləndirilməsi davam etdiriləcək. Həmin dövrə qədər Azərbaycanın sərhədləri boyunca logistika və ticarət mərkəzlərinin tikintisinin ikinci mərhələsi başa çatdırılacaq, logistika və ticarət müəssisələrinin regionlarda fəaliyyətinin stimullaşdırılması diqqət mərkəzində saxlanılacaq. Bu cür əlavə logistika və ticarət mərkəzlərinin mövcudluğu qonşu ölkələrlə ticarət əlaqələri olan şirkətlər tərəfindən Azərbaycan ərazisindən beynəlxalq ticarət əməliyyatlarının həcmini daha da artırmağa imkan verəcək.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










