Lökbatan-Güzdək avtomobil yolu yenidən qurulur - VİDEO

Ötən il Bakı şəhərində 10 qəsəbələrarası avtomobil yolu yenidən qurulub. Cari ildə isə 11 qəsəbəarası yolun yenidən qurulması nəzərdə tutulub ki, artıq bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb.
Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib.
Bu ilin ilk qəsəbələrarası avtomobil yolu layihəsi olaraq Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9.1 km təşkil edir. Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.
Artıq yolun 4.6 km-lik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı ortalama 1 metr hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.
Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Asfaltlanma işləri yolun 60 min m2-dən çox sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 3 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü borular quraşdırılacaq və1 ədəd mövcud 5 metr uzunluğunda dörbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunacaq.
Uzun müddət istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti yolun hərəkət hissəsində dağılma və çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılacaq, ən əsası 3 yaşayış məntəqəsinin 43 minə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yolun birləşdirdiyi qəsəbələrarası yük və sərnişin daşıması rahatlaşacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma və bərpa işlərindən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










