London aeroportunda saxlanılan Azərbaycan bələdçiləri buraxılıb

Yanvarın 24-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman London aeroportunun polisi tərəfindən saxlanılan təyyarə bələdçiləri bu gün sərbəst buraxılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. “Ötən gün həmin aviareys başqa bələdçilərlə yerinə yetirilib. Bu gün buraxılan bələdçilər isə yaxın günlərdə Azərbaycana qayıdacaq”, - deyə P.Kəsəmənski əlavə edib. Məlumat üçün bildirək ki, sözügedən reys yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib. Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə London aeroportunun polisi tərəfindən saxlanılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












