Londondan Hindistana gedən sərnişin Bakıda öldü

Bakıya təcili eniş edən təyyarənin göyərtəsindəki səhhəti pisləşən sərnişin dünyasının dəyişib. Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib. "Səhhəti pisləşən şəxs 72 yaşlı Böyük Britaniya vətəndaşı olub. Təyyarə eniş etdikdən sonra məlum olub ki, o, artıq həyatını itirib. Onun vəfatına səbəb ürək çatışmazlığı olub", - deyə P.Kəsəmənski bildirib. P.Kəsəmənskinin əlavə edib ki, vəfat etmiş şəxsin qohumları onun meyitinin Bakıda qalmasını istəyiblər və hal-hazırda cənazənin yola salınması ilə bağlı işlər aparılır.
Qeyd edək ki, “Air İndia”ya məxsus "Boing -787" tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb. Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










