Los-Anceles xəritədən silinə bilər

ABŞ-ın Kaliforniya ştatı sahillərində Rixter cədvəli ilə 7,3 bal və ya daha şiddətli zəlzələnin baş verməsi ehtimalı mövcuddur. Avtosfer.az trend-ə istinadən bildirir ki, bu qənaətə mütəxəssislər regionda okean dibinin təhlilini həyata keçirəndən sonra gəliblər. Qeyd edilib ki, Los-Anceles və San-Dieqo ətrafında sualtı yer qabığının çatlaması 30-40 faiz ətrafındadır. "Bu, o demək deyil ki, güclü zəlzələ olacaq. Amma 5 və ya 6 bal gücündə yeraltı təkan kifayət edəcək ki, Kaliforniyada ciddi dağıntılar qeydə alınsın". Mütəxəssislər qeyd edib ki,sonuncu dəfə bu cür zəlzələ 1933-cü ildə Lonq-Biçdə baş verib. Həmin zəlzələ nəticəsində 113 nəfər həlak olub. Qeyd edək ki, Kaliforniya dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən hesab olunur. 1906-cı ildə San-Franssiskoda baş vermiş zəlzələ nəticəsində 3 mindən çox adam həlak olmuş, şəhər tamamilə dağılmışdı.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












