“Lotu Quli” azadlığa çıxdı? - FOTOLAR

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.
Modern.az saytı xəbərə rəsmi münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Hüseynov əməkdaşımıza deyib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər: “Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.
Digər məlumata görə, N.Səlifov həbsdən buraxılmayıb, o, saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsindən başqa bir yerə köçürülüb
Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub. Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.
“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.
“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.
***
"Lotu Quli" həmçinin Rövşən Lənkəranskinin qətlinin sifarişində də adı hallanırdı. Lakin o açıqlamasında Lənkəranskinin ölüm xəbərinə çox pis olduğunu bildirmişdi. Ötən gün həbsdən qaçan iki avtoritetin – Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovun da “Quli”nin klanına daxil olduğu bildirilir.



Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










