Lotu Qulini təhqir etdi və öldürüldü – VİDEO (18+)

Rusiyada Avropa “obşyakı”nın nəzarətçisi Şexy Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının çeçen üzvü öldürülüb. Oxu.az-ın xəbərinə görə, bu barədə cinayətkar dairələrə yaxın olan mənbələr məlumat verib. Timur adlı kişi idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkarlar avtomobilə avtomat silahlardan çoxsaylı atəş açıb. Hələlik hadisənin Rusiyanın hansı ərazisində törədildiyi məlum deyil. Bundan bir müddət əvvəl Timur internetdə hazırda Türkiyədə yaşayan və iddiaya görə, çeçen Əziz Batukayevin ticarət obyektlərini ələ keçirməyə çalışan Nadir Səlifova (Lotu Quli) ünvanlanmış video-müraciət yaymışdı. Timur həmin videoda açıq şəkildə Qulinin cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıc qanlı qətlin törədilməsinə yol açıb və nəticədə Timur qətlə yetirilib. Bu, hələlik versiyadır. Fevralın 19-da Həmzət Qastamirovun yaxınları bu informasiyanın həqiqəti əks etdirmədiyini bəyan edib. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan videoda danışan şəxs o deyil.
Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












