Luis Hamilton: Karyeramı tezliklə başa vura bilərəm - FOTO

"Mercedes" komandasının britanilaylı pilotu Luis Hamilton öz gələcək karyerası ilə bağlı dəqiq fikir söyləmir, buna baxmayraq bəyan edib ki, yaxın zamanlarda çıxışlarını başa vura bilər. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Luis Hamilton "Channel 4"ə müsahibəsində belə deyib: "Mən bilmirəm karyeramı nə vaxt başa vuracam. Mümkündür ki, bu, çox yaxın zamanlarda baş versin. Lakin elə də ola bilər ki, mən hələ uzun müddət çıxışlarımı davam etdirə bilərəm. Mən hətta Formula 1 yarışlarında şütüməyimi dayandırsam da, yarışlara olan ehtirasım, həvəsim sönməyəcək. Mən, sadəcə, əli-qolu sallanmış vəziyyətdə dayana bilmərəm". Pilot musiqi məşğuliyyəti məsələsinə isə belə aydınlıq gətirib: "Mən albom yaratmaq üzərində işləmirəm. Mən bununla, sadəcə, hobbi kimi məşğul oluram," - deyə 32 yaşlı Hamilton bildirib.




İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












