"Lukoil" benzinin qiymətini bahalaşdıracaq - AÇIQLAMA

"Lukoyl" şirkəti Rusiyada aksiz vergisinin artımını nəzərə alaraq benzinin qiymətini bahalaşdıracaq. Bunu "Lukoyl" şirkətinin vitse-prezidenti Vladimir Nekrasov söyləyib. Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti 1 litr üçün azı 2 rubl artırılmalıdır: "Biz 15 milyon ton neft məhsulunu daxili bazarda satırıq. Aksiz vergisinin artımı ilə əlaqədar olaraq biz 1 yanvardan bu yana 30 milyard rubl itirdik. 1 apreldə aksizlərin artımı nəticəsində biz daha 30 milyard rubl itirəcəyik".
Rusiya Energetika Nazirliyindən isə bildirilir ki, vergi yükünün artırılması yanacağın dəyərinə təsir etməyəcək. Baku.ws "Lukoil-Azərbaycan" şirkəti ilə əlaqə saxlayaraq benzinin bahalaşması qərarının Azərbaycan bazarına şamil olub olmayacağını öyrənməyə çalışıb. Şirkətdən bildirilib ki, "Lukoil"in bu qərarı yalnız Rusiya bazarına aiddir: "Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satış qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir".
Sayt benzinin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərə münasibət öyrənmək üçün Tarif Şurası ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, yanacağın qiyməti ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb: "Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












