“LUKoil” cərimələndi

Rusiyanın “LUKoil” neft şirkətinə məxsus “LUKoil Neftoxim Burqas” neft emalı zavodu ətraf mühitin çirkləndirilməsinə görə 143 min ABŞ dolları məbləğində cərimə ödəyib. APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın Ətraf Mühit naziri İvelina Vasileva bəyan edib. Onun sözlərinə görə, zavodun fəaliyyəti nəticəsində Burqas şəhərində hidrogen sulfidin miqdarı 36 dəfə normadan artıq olub. Müvafiq yoxlamalardan sonra məlum olub ki, çirklənmənin mənbəyi məhz “LUKoil” şirkətinə məxsus neft emalı zavodudur. İvelina Vasileva qeyd edib ki, cərimədən əldə edilən maliyyə vəsaiti ətraf mühitin qorunması ilə məşğul olan müəssisəyə köçürüləcək.
Qeyd edək ki, 2015-ci ildə Burqasdakı neft emalı zavodu neft axıntısına görə 58 min dollar məbləğində cərimə edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












