“Maarifləndirmə fayda vermirsə...” – Cərimələri artırmaqla qanunları qorumaq EFFEKTİV OLACAQMI?

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, sürət həddini aşmağa görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimənin məbləğinin 150-dən 200 manat məbləğinə artırılması təklif edilir.
Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 250 manat yox, 300 manat məbləğində cərimə ödəyəcəklər.
Görəsən, cərimələrin artırılması qanunazidd əməllərin aradan qaldırılması yolunda nə dərəcədə effektiv üsuldur?
Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov yol hərəkəti qaydalarının pozulmasına qarşı mübarizədə cərimələr və sərtləşdirmə tədbirlərini daha effektiv vasitə hesab edir:
“İstənilən işin həyata ekçməsinə nail olmaq üçün iki metodologiyadan istifadə edilir. Bunun üçün ya cərimələr tətbiq edilir, ya da maarifləndirmə üsulundan yararlanırlar. Yol hərəkəti qaydalarının pozulmasına qarşı mübarizə prosesində maarifləndirmə tədbirləri də şübhəsiz ki, olmalıdır. Özü də bu proses kifayət qədər çoxşaxəli olmalıdır.
Ancaq bütün hallarda yol hərəkəti qaydalarına qarşı mübarizədə ən effektiv vasitə birmənalı şəkildə cərimələrin tətbiqi və artırılmasıdır. Yol hərəkəti qaydalarını pozanlar əsasən içkili, psixotrop maddələrdən istifadə edənlərdir. İçkili vəziyyətdə sükan arxasında oturmaq artıq cinayət tərkibi daşıyır. Onlara münasibətdə artıq maarifləndirmə tədbirləri o qədər də effekt vermir. Əksinə, cərimələr dəfələrlə qaldırılmalı, bu tip sürücülər daha uzun müddətə sürücülük hüququndan məhrum edilməlidirlər.
Marrifləndirmə işləri isə yalnlız avtomobili idarə edərkən lazımi işarələrdən istifadə etmək, parklanma qaydalarına riyaət etmək və tıxacların qarşısını almaq kimi məsələlərdə keçərli ola bilər”.
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın VİDEOsu
İran dronları Naxçıvanı belə vurdu - Anbaan VİDEO
Ceyhun Bayramov İranın Azərbaycana dron hücumlarından danışdı
"İranın hücum aktları cavabsız qalmayacaq" - Müdafiə Nazirliyindən BƏYANAT
Alverçilər parkinqi zəbt etdi; bloger maşınını yolun ortasında saxlamalı oldu – ŞİKAYƏT - VİDEO
İran Naxçıvana dronla zərbələr endirib - Molla rejimi iç üzünü göstərdi - VİDEO
Ramazan ayının on beşinci gününün duası - İmsak və iftar vaxtı
Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI








